Bakıda dənizdən meyiti çıxarılan üç nəfərin kimliyi məlum olub -YENİLƏNİB

 19:26 10.07.2021     306

Şüvəlan çimərliyində boğulanların daha iki nəfərin kimliyi bəlli olub.

Redaktor.az xəbər verir ki, onlar 1995-ci il təvəllüdlü Asim Əliyev, 1995-ci il təvəllüdlü Nuranə Məmmədovadır.

16:03

Bakıda üç nəfər dənizdə boğulub.

Hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil. //Oxu.az.