Yevlaxda avtomobil kanala aşıb

 21:48 10.07.2021     340

Yevlaxda minik maşını aşaraq kanala düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Aran qəsəbəsi yaxınlığında baş verib.

Minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Lent.az.