Bakıda üçmərtəbəli evdə yanğın olub

 12:29 11.07.2021     461

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib.

 Redaktor.az xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü  mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən