Bakıda avtomobil ustası müştərini bıçaqlayıb

 14:05 11.07.2021     285

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Hacızadə Həsən Sədi oğlu bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. H. Hacızadənin dediyinə görə, avtomobilini təmir edən usta tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. //Report.az.

Vumart və Güvən reklamı Vumart Güvən