Salyanda 15 yaşlı qızı həyəti sulayarkən elektrik cərəyanı vurub öldürüb

 18:08 11.07.2021     332

Salyanda 15 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əkbərova Fidan Qulam qızı həyətdə su sulayarkən onu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //Apa.az.