İmişlidə ferma yanıb - FHN

 10:26 12.07.2021     418

İmişlidə ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, İmişli rayonunun Hacırüstəmli kəndində ümumi sahəsi 2000 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 800 m² sahədə və içərisinə yığılan 30 ton ot bağlamasının 20 tonu yanıb. Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən