Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - Kürdəmir

Kürdəmirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.