Qusarda maşın aşıb - Ölən və yaralananlar var

 12:56 12.07.2021     759

Qusarda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.ız-ın məlumatına görə, hadisə Qusar-Şahdağ yolunun 26-cı km-də qeydə alınıb. Ənix kənd sakini, 27 yaşlı Əmirgünə Əmiraslanovun idarə etdiyi "Opel" markalı avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Qəzaya düşənlərin hamısı Qusarın Ənix kənd sakinləridir.

Qəza nəticəsində avtomaşında olan sərnişin, 28 yaşlı İsmixan Şəkərov dünyasını dəyişib. "Opel"in sürücüsü, 27 yaşlı Əmirgünə Əmiraslanov, avtomobildə olan daha iki sərnişin - 28 yaşlı Abuçin Osmanov və 27 yaşlı Tofiq Kərimov müxtəlif sınıq və xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir. //APA