Bakıda “Milli ön”dən oğurluq edilib

 13:38 12.07.2021     857

Bakıda “Milli ön” ödəmə terminalından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “Milli ön” ödəmə terminalından 8417 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov saxlanılıb.

Araşdırma aparılır.