Bakıda vətəndaş azyaşlı oğlunu metroda unudub

 16:36 12.07.2021     115

“Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında 8-10 yaşında kimsəsiz uşaq aşkar edilib.

Redaktor.az xəbər verir ki, onu metronun işçiləri tapıb və polisə təhvil verib.

İlkin araşdırma zamanı məlum olub ki, azyaşlını valideyni stansiyada unudub. Həmin vətəndaş tapılıb və uşaq ona təhvil verilib. //Report.az