Bakıda parkda yanğın baş verib - FHN

 21:06 12.07.2021     283

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən parkda yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:20-də söndürülüb.

İlkin məlumata əsasən, təqribən 150 kvadrat metr sahədə quru ot və kol-kos yanıb.