Xəzər dənizində 2 nəfər batıb - FHN

Sabunçu rayonunda 2 nəfər dənizdə batıb.
Redaktor.az xəbər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. //Report.az.