Abşeronda kimyəvi maddələr saxlanılan anbarda yanğın olub -FHN

 01:32 13.07.2021     98

Abşeron rayonunda ümumi sahəsi 125 m² olan anbarın yanar konstruksiyaları, içərisinə yığılan hər birinin həcmi 200 litr olan 20 ədəd, hər birinin tutumu 1 ton olan 2 ədəd kimyəvi maddələr saxlanan çəlləklər və 8 ədəd əhəng kisəsi yanıb.

Redaktor.az xəbər verir ki,bu barədə "Sherg.az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub.

Yanğın söndürülüb.