Azərbaycanda baş verən yanğının görüntüləri - VİDEO

 13:24 13.07.2021     78

61 yaşlı qadın evdə yanaraq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 yanğına çıxış və dörd köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, ötən sutka ərzində beş nəfər xilas edilib.

1960-cı il təvəllüdlü Novruzova Mahirə Əkbər qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.