Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
Redaktor.az-ın məlumatına görə, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.
Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.
Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. //APA