BAKI: Üç maşın və avtobus bir-birinə çırpıldı – VİDEO

Bakı şəhərində zəncirvari qəza baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə "Qara Qarayev” metrostansiyası yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Toyota Prius”, "Volkswagen”, VAZ-2107 markalı avtomobillər və "Daewoo” markalı sərnişin avtobusu toqquşub.
Faktla bağlı araşdırma aparılır. //Oxu.az