Samuxda ata və iki oğlu bıçaqlanıb

 15:25 14.07.2021     103

Samux rayonunda qohumlar arasında dava baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu - 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır. //Report