Masallıda ikimərtəbəli ev yanıb - FHN

 20:53 14.07.2021     369

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın rayonun Qasımlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 234 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 117 m²) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 57 m² sahədə, 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 117 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.