Bakıda 4 otaqlı ev yanıb - FHN

 07:43 15.07.2021     254

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 100 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və oradan keçən 2 p.m elektrik naqilləri yanıb. Yaxınlıqda olan digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.