Bakıda mənzildən kişi meyiti aşkarlanıb - FHN

 23:40 15.07.2021     65

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Nağıyev Nizami Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.