Saatlı sakinindən qanunsuz ov silahı götürülüb

 11:57 16.07.2021     312

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Seyidlər kənd sakini Natiq Quliyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.