Qubada yük avtomobili ağaca çırpılıb - FOTO

 17:04 16.07.2021     94

Qubada “Shagman” markalı yük avtomobi yoldan çıxaraq ağaca çırpılıb.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində “Shagman”ın sürücüsü xəsarət alıb, ağaca çırpılan yük avtomobili isə tamamilə yarasız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. //AzərTac

2