Şirvanda 27 yaşlı gənc intihara cəhd edib

 03:18 17.07.2021     320

Şirvan şəhər sakini intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, Şirvan şəhər L.İbrahimov küçəsi 20/6 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Rəhimov Nicat Mirağa oğlu canına qəsd etmək məqsədilə psixotrop dərmanları udub.

O, zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerəşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report.az.