Gəncədə avtomobil motosikletlə toqquşub, XƏSARƏT ALAN VAR

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, şəhər ərazisində avtomobilin motosikletlə toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsində olan Pərviz Kazımov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //Report.az