Bakıda gənc aktrisa taksidə seksual hərəkətlərə məruz qalıb

Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual hərəkətlərə məruz qalıb.
Redaktor.az-ın məlumatına görə, aktrisa “Bolt” taksi şirkətinin sürücüsü ona qarşı dəfələrlə əxlaqsız hərəkətlər etdiyini iddia edib.
“Sürücü tərəfindən seksual qısnamaya məruz qalmışam. Artıq qorxumdan pəncərəni açmışdım ki, nə isə olsa çığırım...Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəm”, - aktrisa qeyd edib. //Report.az