Azərbaycanda tələbə yol qəzasında ölüb

 14:58 17.07.2021     365

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi Fərid Mirzəyev yol qəzasında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, onun idarə etdiyi motosikleti arxadan gələn maşın vurub.

O, ağır xəsarətlərlə xəstəxanada 1 gün komada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyib.