Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 5 YAŞLI UŞAĞIN DİLİ QOPARILIB

 15:57 17.07.2021     199

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım edib. 

Redaktor.az xəbər veriri ki, 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə buraxılıb:

"İşçilər nənəyə zəng vurur ki, uşaq ölür. Xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir". 

Kəmalə Ağazadə cinayət işinin açılmasının çox önəmli olduğunu bildirib:

"Mənim üçün önəmli olan məsələ uşağa işgəncə verən ananın sevgilisinin tapılıb, həbs edilməyidir. Məlumatı və videonu Daxili İşlər Nazirliyinə göndərdim. Bu səbəbdən videolar paylaşmadım. Uşağın vəziyyətini daim nəzarətdə saxlayacağıq. Dünən psixoloq da vəziyyəti müşahidə etdi. O da uşağın yalan danışmadığını dedi. Uşaq bildirir ki, yıxılmayıb, Kamran adlı şəxs döyüb. O uşaq anası tərəfindən aparılıb kafelərin birinə qoyulub. Nəticədə işçilər zəng edib ki, uşağın vəziyyəti ağırdı. Nənə çatana qədər artıq xəstəxanaya aparıblar. Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə qızının sevgilisi Kamran adlı şərəfsizin olduğunu iddia edir. Onun fikirlərinə görə, bu, uşağa edilən ikinci işgəncədir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki,"məni Kamran döydü, dilimi də o dişlədi... Anam da ordaydı."

İctimai Birlik sədri təhqiqat  işinə müdaxilə etmək fikri olmadığını, amma Səadət və Kamran adlı şəxslərin suallarını cavablandırmaq üçün axtardığını qeyd edib.  

Kəmalə Ağazadə Səadət və Kamran narkotik istifadəçisi olduğunu, "patı"dan istifadə etdiklərini bildirir. //News24.az

2