Qudasını bıçaqlayıb hadisə yerindən qaçdı

 12:18 18.07.2021     599

Göygöl rayonunda 51 yaşlı kişi qudasını bıçaqlayaraq hadisə yerindən qaçıb. 

Redaktor.az xəbər verir ki, rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində öz qudası, 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bir bıçaq zərbəsi ilə daxilə keçən bədən xəsarəti yetirib.

Daha sonra hadisə yerindən qaçan N. Yusubovun axtarışları davam etdirilir. E. Abdullayev isə xəstəxanaya yerləşdirilib. //Qafqazinfo.az