Bakıda kişi həyat yoldaşını bıçaqlayıb

 06:42 19.07.2021     365

Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Zığ bağları adlanan ərazidə 1974-cü il təvəllüdlü Quliyeva Natəvan Qənbər qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. //APA