Lənkəranda oğurluq edən qardaşlar saxlanılıb

 12:28 19.07.2021     144

Lənkəranda oğurluq edən qardaşlar saxlanılıb, üzərilərindən narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Y. Babayevə məxsus rayonunun Xarxatan kəndində yerləşən yaşayış evindən 4 890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C. Hüseynov və qardaşı R. Hüseynov olduqları müəyyən edilib. Saxlanılarkən hər birinin üzərindən iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.