Şəmkirdə mənzildən 25 min manatlıq oğurluq olub

 14:16 19.07.2021     434

Şəmkirdə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərin birindən 25 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Çaykənd kənd sakinləri, əvvəllər məhkum olunmuş H. Rüstəmov və A. Nağıyev saxlanılıb.

Araşdırma aparılır.