Bakı-Sumqayıt yolunda qəza olub - Ölən var

 15:27 19.07.2021     556

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, “Mercedes-Benz” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Daha sonra avtomobilin idarəetməni itirərək beton səddə çırpılıb.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. //APA