Sumqayıtda güclü yanğın başlayıb - FOTO

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə kağız emalı sexində baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. //Oxu.az

