Göygöldə baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb

 19:13 19.07.2021     352

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Qasımova Mahirə Qələndər qızı, 2007-ci il təvəllüdlü Qasımova Nuray Elsevər qızı və 2009-cu il təvəllüdlü Qasımova Fidan Elsəvər qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən