Ucarda bədbəxt hadisə: 2-ci sinif şagirdi ölüb

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az bildirir ki, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır. //APA