Bakıda hündürmərtəbəli yaşayış binası yanır - SON DƏQİQƏ / VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.
Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən xəbərə görə, hazırda F.Xoyski və Ə.Rəcəbli küçələrinin kəsişməsindən Ə.Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb. Məhdudlaşdırma Ə. Rəcəbli küçəsindəki binada baş verən yanğın səbəbindən tətbiq edilib.