Hacıqabulda əməliyyat: Saxlanılanlar var

 17:34 20.07.2021     64

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini - Rəvan Abdullayev və Samir Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, saxlanılarkən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Abdullayevdən heroin, S.Qasımovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.