Samuxda ağır yol qəzası, bir ailənin 3 üzvü XƏSARƏT ALIB

 22:51 20.07.2021     320

Samuxda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub.

Nəticədə bir ailənin üç üzvü xəsarət alıb: Goranboy rayon Qazanbulaq kənd sakinləri - 1973 cü il təvəllüdlü Qəhrəmanova Mehriban İlyas qızı, 1973-cü il təvəllüdlü Qəhrəmanov İlham Sədrəddin oğlu, 1998-ci il təvəllüdlü İsazadə Sədi İlham oğlu.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo.az

Vumart və Güvən reklamı Vumart Güvən