Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

 04:28 21.07.2021     335

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. //APA