Şəkidə taxıl sahəsindən başlayan yanğın meşə sahəsinə də yayılıb - FHN

 05:34 21.07.2021     318

Şəkidə 30 hektar ərazi yanıb.

Redaktor.az xəbər verir ki, bu gün axşam saat 17:00 radələrində rayonun Kiş kəndi ərazisində kənd sakinlərinə məxsus əkin sahələrində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Əkin sahələrində başlayan yanğın yaxınlıqdakı “Salıncaq” adlanan meşə ərazisinə də keçib. Yanğın nəticəsində ümumilikdə 30 hektar ərazidə biçilmiş taxıl sahəsi, meşə ərazisində isə kol-kos və qurumuş ot yanıb. Yanğının meşə ərazisindəki iri ağaclar olan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. //APA