Dənizdə batan 6 nəfər xilas edilib

 09:06 21.07.2021     360

Ötən bir gün ərzində “Mərdəkan”, “Nardaran”, “Xaçmaz” sularında xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, xilasetmə tədbirləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən