Bakıda avtomobil obyektə çırpılıb - VİDEO

 09:17 21.07.2021     125

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Həsən Əliyev keçəsində baş verib.

İşıqforun yaşıl işığında hərəkətdə olan "Opel" markalı avtomobil Səməd Vurğun küçəsi ilə hərəkətdə olan "Lada Kalina" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Opel"in sürücüsü Həmid Həmidov idarəetməni itirib və avtomobil yol kənarındakı ticarət obyektinə çırpılıb. Qəzaya səbəb olan "Lada Kalina" markalı avtomobilin sürücüsü saxlamadan ərazidən uzaqlaşıb. Lakin hadisə yerində ona məxsus avtomobilin ehtiyat hissəsi və qeydiyyat nömrəsi qalıb. "Opel"in sürücüsü isə yüngül xəsarət aldığını və kürək nahiyəsində ağrıların olduğunu bildirib. //APA