Biləsuvarda avtomobil piyadanı vurub

Biləsuvarda avtomobil piyadanı vurub.
Redaktor.az bildirir ki, hadisə rayonun Əsgərabad kəndində baş verib.
"VAZ-2115" markalı minik avtomobili kənd sakini Yaşlıxan İslamovu vurub. Baldır sümüyü sınan və kəllə-beyin travması alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. //APA