Şirvanda köhnə tikilidə yanmış kişi meyit tapılıb

 23:46 21.07.2021     79

Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən "köhnə çörəkbişirmə" zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

Redaktor.az xəbər verir ki, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. //APA