Sabirabadda 3 otaqlı ev yanıb - FHN

 09:15 22.07.2021     267

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı, tavanı qamış örtükdən ibarət evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 m² sahədə, digər otaqların tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.