Bərdədə oğurluq edən şəxs saxlanılıb

 11:27 22.07.2021     263

Bir qrup rayon sakini Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb. Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.