Abşeronda avtomobillə vurulan qadın ölüb

 13:49 22.07.2021     332

Abşeron rayonunun Güzdək kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyulun 21-də saat 22 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində Naxçıvan şəhər sakini N.Həsənov idarə eydiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Quba rayon sakini Şəlalə Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.