Şəkidə 6 yaşlı uşağı ilan sancıb

 16:49 22.07.2021     153

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

Redaktor.az-ın məlumatına görə, rayonun Qoxmuq kənd sakini, 2015-ci il təvəllüdlü Həsən Rüfət oğlu Cəbiyev ilan sancması əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 6 yaşlı H. Cəbiyevi yaşadığı ünvanda ilan sancdığı məlum olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərilib. H. Cəbiyev müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. //APA