Bakıda qadın evdən oğurluq edib

 14:04 02.08.2021     2894

Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.