İsmayıllıda 2 ton çətənə kolu məhv edilib - FOTO

 09:42 26.08.2021     269

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Cülyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 565 kiloqram olan 1711 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən